İskenderun limanı 3 gündür yanır - Video - Yenilənib

iskenderun-limani-3-gundur-yanir
Oxunma sayı: 2303

Türkiyənin Hatay vilayətində İskenderun limanında zəlzələdən sonra başlayan yanğın artıq 3 gündür ki, davam edir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə davam etdirilir.

Ölkənin Milli Müdafiə Nazirliyi limanda yanğının nəzarət altına alındığını açıqlasa da, yanğın bir müddət sonra yenidən başlayıb.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-sı baş verən 7,7 bal gücündə zəlzələdən sonra İskenderun limanında aşan konteynerlərdə yanğın başlayıb.

***

Türkiyənin Dənizçilik Baş idarəsinin məlumatına görə, limandakı yanğın nəzarət altına alınıb.