İş adamı Türkiyənin ən məşhur itini sahibləndi

İş adamı Türkiyənin ən məşhur itini sahibləndi
Oxunma sayı: 2240

Türkiyənin İstanbul şəhərində hər gün insanlar kimi bir çox nəqliyyat vasitəsinə minərək şəhəri dolaşması ilə dünyada populyarlaşan Boji adlı sahibsiz itin artıq bir sahibi var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Ekrem İmamoğlu öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Bojini iş adamı Ömər Koç sahiblənib: “Bojinin artıq rahatlıqla gəzə biləcəyi, azad şəkildə qaça biləcəyi bir yuvası var. İstanbulun dünyaca məşhur iti Bojini sahiblənən iş adamı Ömər Koça təşəkkür edirəm. Bojinin ona zərər vurmaq istəyən insanlardan uzaq, təhlükəsiz, istədiyi kimi qaça biləcəyi bir yuvası olacaq”.

Qeyd edək ki, “Boji” hər gün avtobus, metro, tramvay və bərəyə minərək bir gündə 30 kilometrə qədər yol qət etməsi ilə gündəmə gəlmişdi. Bununla yanaşı, o, gün ərzində azı 29 metro stansiyasını gəzir. Metroda insanlar kimi sarı xəttdən kənarda qatarı gözləyir, qatar gəldikdə isə insanların düşməsini gözlədikdən sonra ora minərək öz səyahətinə başlayır.