İrəvandakı partlayışla bağlı 4 nəfər saxlanıldı

İrəvandakı partlayışla bağlı 4 nəfər saxlanıldı
Oxunma sayı: 553

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı 4 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Sözügedən şəxslərdən ikisi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda, digər ikisi isə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham edilir. 

Xatırladaq ki, avqustun 14-ü “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb. Daha 1 nəfər isə hələ də itkin düşmüş hesab olunur.