İrandan uranın 60 faizədək zənginləşdirilməsi ilə bağlı - Açıqlama

İrandan uranın 60 faizədək zənginləşdirilməsi ilə bağlı
Oxunma sayı: 866

“Nüvə proqramından geri çəkilməyəcəyik və uranı 60 faiz zənginləşdirəcək qədər irəli gedəcəyik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xamenei bildirib.

Mütəxəssislərlə bir araya gələn Xamenei nüvə sazişi, ABŞ-ın sanksiyaları və uranın zənginləşdirilməsi proqramı ilə bağlı fikirlərini bölüşüb:

“İran nüvə potensialını ehtiyac olduğu qədər artıracaq. Uranın zənginləşdirilməsi 20 faiz səviyyəsində qalmayacaq. İran nüvə məsələsində geri addım atmayacaq.

İran ehtiyaca görə və ölkə maraqlarının diktə etdiyi şəkildə uranı 60 faiz zənginləşdirəcək qədər irəli gedəcək”.