İrandan qanunsuz beş min ədəd “Manchester” gətirildi

İrandan qanunsuz beş min ədəd “Manchester” gətirildi
Oxunma sayı: 1743

İrandan gələn Azərbaycan vətəndaşının yüklərində aksiz markasız 5000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsi məlumat yayıb.

“Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edilib.

Təkrar yoxlama nəticəsində isə həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5000 ədəd "Manchester" adlı siqaret aşkar edilib”, - məlumatda qeyd olunur.