İranda güclü zəlzələ - 5 ölü, 44 yaralı

İranda güclü zəlzələ
Oxunma sayı: 2249

İranın cənubunda 6,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:32-də (Bakı vaxtı ilə saat 01:32-də) qeydə alınıb. 

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Təbiət hadisəsi nəticəsində azı 5 nəfər həyatını itirib, 44 nəfər xəsarət alıb.