İranda azərbaycanlı tələbə vəfat etdi

İranda azərbaycanlı tələbə vəfat etdi
Oxunma sayı: 4798

İranda ali təhsil alan 23 yaşlı azərbaycanlı tələbə qəfil vəfat edib. 

"Qafqazinfo" xəbər verir ki, əslən Sabirabad rayonundan olan, İran İslam Respublikasının Təbriz Dövlət Universitetinin tələbəsi Zeynallı Gülşən Ariz qızı qəflətən dünyasını dəyişib. 

Xəbəri rus dilində oxuyun: В Иране скончалась азербайджанская студентка

İlkin məlumata görə, onun ölüm səbəbi ürək dayanmasıdır. 

Qeyd edək ki, o, Memarlıq mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi olub.

Nizam Rza