İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub

İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub
Oxunma sayı: 5915

Mayın 16-da Azərbaycan - İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sərhəd xəttinin Biləsuvar rayonu istiqamətindən keçən hissəsində baş verib. İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Mircavad Musayev Şabran rayon sakini olub.

Xəbəri rus dilində oxuyun: Скоропостижно скончалась 41-летний врач

Access2Success: тренинги для женщин-предпринимателей - Фото

Али Гасанов ответил на обвинения Шахбаза Гулиева

2000-ci il təvəllüdlü və subay olan Mircavad bir müddət əvvəl işləmək məqsədilə rayondan Bakıya gəlibmiş.

İlkin məlumata görə, hadisə vaxtı M.Musayev sərhədi nəzarət-buraxılış məntəqəsi olmayan yerdən keçməyə cəhd göstərib. Bu zaman İran sərhədçiləri atəş açıb.

Mircavad Musayev dünən doğulub-böyüdüyü Şabran şəhərində dəfn edilib.

Qeyd edək ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.

Nizam Rza