İran Rusiyadan qırıcılar almağa hazırlaşır

İran Rusiyadan qırıcılar almağa hazırlaşır
Oxunma sayı: 1753

İranın Rusiyada səfərdə olan Baş Qərargah rəisi Məhəmməd Baqeri Rusiya qırıcıları və vertolyotlarının alınması ilə bağlı Moskva ilə danışıqlar barədə məlumat verib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Fars” agentliyinə açıqlamasında deyib. “Hazırda Rusiya qırıcıları və vertolyotlarının alınması ilə bağlı razılaşmaların həyata keçirilməsi ilə bağlı (Moskva ilə) danışıqlar aparırıq” – deyə Baqeri bildirib.

O qeyd edib ki, razılaşmalar BMT-nin İrana silah ixracına tətbiq etdiyi embarqonun sona çatmasından sonra imzalanacaq.