İran millisi dünya çempionatlarının final mərhələsində 6 əvəzetmə edən ilk komanda kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, qrup mərhələsinin ilk görüşündə İngiltərəyə uduzan asiyalılar 77-ci dəqiqədə Əhməd Nurullahi – Sərdar Azmun əvəzetməsi ilə buna nail olub.
İndiyə qədər heç zaman DÇ-nin qrup mərhələlərində 6 əvəzetməli matç olmayıb.
6-cı əvəzetməyə icazə verilməsinə səbəb isə İran yığmasının qapıçısı Əlirza Beyrənvandın matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etməsi olub.