ABŞ İranı üstələyib 1/8 finala çıxdı - Video

ABŞ İranı üstələyib 1/8 finala çıxdı
Oxunma sayı: 6262

Bu gün dünya çempionatında B qrupunun da matçları yekunlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu oyunlardan sonra növbəti mərhələyə çıxan daha iki komandanın adına aydınlıq gələcək.

B qrupunda Uels İngiltərə ilə, ABŞ İranla qarşılaşacaq.

Matçlar saat 23:00-dan etibarən start götürəcək.

DÇ-2022

B qrupu

3-cü tur

Uels - İngiltərə

İran - ABŞ

***

Oyunlar başladı.

***

ABŞ hesabı açdı. Pulişiç 38-ci dəqiqədə fərqləndi.

***

Uels - İngiltərə matçında ilk hissə başa çatdı.

***

İran - ABŞ oyununda fasilə.

***

Uels - İngiltər 2-ci hissə başladı.

***

İran - ABŞ oyununda da ikinci hissə başladı.

***

İngiltərə hesabl açdı. Markus Reşford 50-ci dəqiqədə fərqləndi

***

İngiltərə hesabı 2:0 edir. Fil Foden 52-ci dəqiqədə fərqlənir.

***

İngiltərə 3:0. Markus Reşford 68-ci dəqiqədə dubl edir.

***

Matç bitdi. İngiltərə Uelsi məğlub etdi.

****

Oyun bitdi. İran ABŞ-a məğlub oldu.