“iPhone 12”nin təqdimatı bu il gecikəcək

“iPhone 12”nin təqdimatı bu il gecikəcək
Oxunma sayı: 2164

Hər il sentyabr ayında yeni "iPhone" modellərini təqdim edən "Apple" şirkəti builki təqdimatın gecikəcəyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Apple” şirkətinin maliyyə direktoru Luka Mestri açıqlama verib. O, builki təqdimatın sentyabr ayında baş tutmayacağını bildirsə də, təqdimatın dəqiq tarixi barədə açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl də "iPhone X" və "iPhone 8" modellərinin təqdimatı da 2017-ci ilin sentyabr ayında keçiriləcəyi elan edilsə də, istehsal problemləri səbəbindən noyabr ayına qədər gecikmişdi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi