İordaniyanın vəliəhd şəhzadəsi nişanlandı - Fotolar

İordaniyanın vəliəhd şəhzadəsi nişanlandı
Oxunma sayı: 3968

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn və Kraliça Raniyanın oğlu Hüseyn nişanlanıb.

“Qafqazinfo” “Al Arabia” nəşrinə istinadən xəbər verir ki, İordaniyanın vəliəhd şəhzadəsinin gələcək həyat yoldaşı Rayvanın 28 yaşı var. Onun özündən yaşça böyük iki qardaşı və bacısı var. Rayva orta təhsilni Səudiyyə Ərəbistanında, ali təhsilini isə Nyu-Yorkdakı Sirakuz Universitetinin Arxitektura məktəbində alıb.  

“Düşünmürdüm ki, mənim ürəyim bu qədər çox sevinə bilər. Böyük şahzadəm Hüseyni və onun gözəl gələcək həyat yoldaşı Rayvanı təbrik edirəm”, - Kraliça Raniya instaqram sosial şəbəkəsinəki rəsmi səhifəsində yazıb. O, Rayvanı üçüncü qızı adlandırıb.

“Dua edirik ki, Uca Tanrı bizə öz xeyir-dualarını versin. Ürəkdən dəstək olduqlarına və arzularına görə iordan ailəmə minnətdaram”, - Hüseyn nişanı haqda instaqramda bildirib.