“İnsanlıq doldurulmuş silahla oynayır” - Quterriş

insanliq-doldurulmus-silahla-oynayir
Oxunma sayı: 2144

“Hazırda dünyada nüvə silahının tətbiqi təhlükəsi getdikcə daha da aktuallaşır”.

“Qafqazinfo” “UN News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş Hiroşimada şəhərin ABŞ qoşunları tərəfindən atom bombalanmasının 77-ci ildönümünə həsr olunmuş çıxışında bildirib.

“İnsanlıq doldurulmuş silahla oynayır”, - o deyib.

Quterriş, həmçinin bəşəriyyətin Hiroşimanın bombalanmasından dərs alıb-almadığını sual edib.