İndoneziyada zəlzələ qurbanlarının sayı yenə artdı

İndoneziyada zəlzələ qurbanlarının sayı yenə artdı
Oxunma sayı: 875

Yanvarın 15-də İndoneziyanın Qərbi Sulavesi əyalətində baş vermiş 6,2 maqnitudalı zəlzələ nəticəsində azı 78 nəfər həlak olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Kompas” xəbər portalı ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Baqus Puruhitoya istinadən xəbər verib.

Onun məlumatına görə, Mamudju dairəsində 67 nəfər, Madjen dairəsində isə 11 nəfər həlak olub. Xəsarət alanların sayı 844-dür.

Qeyd edək ki, Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yanvarın 15-də baş vermiş zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimali-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Cümə axşamından indiyədək yerli Seysmoloji Xidmət 28 afterşok qeydə alıb.