İndoneziyada zəlzələ oldu

İndoneziyada zəlzələ oldu
Oxunma sayı: 858

İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin 451 min əhalisi olan Manado şəhərindən 153 kilometr şərqdə, ocağının 33 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.