İmtahana ayaqqabısının altında telefon keçirmək istədi - Foto

imtahana-ayaqqabisinin-altinda-telefon-kecirmek-istedi
Oxunma sayı: 3383

I qrup üzrə qəbul imtahanı zamanı abituriyentin ayaqqabısının altında mobil telefon aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə imtahan rəhbəri Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən E.İslamoğlu bildirib ki, hadisə iyunun 4-ü baş verib. Həmin abituriyentin ayaqqabısının altında imtahan zalına keçirmək istədiyi telefon yoxlanış zamanı tapılıb.

Yayılan foto ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə müraciətimizə cavab olaraq bildirdi ki, təəssüf ki dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, belə hallar tez-tez təkrarlanır.

Qeyd edək ki, ötən gün keçirilən imtahanda 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

Lamiyə Məmmədova