İlqar Abbasov sakinlərlə yaşadıqları ünvanlarda görüşüb - Fotolar

İlqar Abbasov sakinlərlə yaşadıqları ünvanlarda görüşüb
Oxunma sayı: 2356

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iyunun 3-də şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Bələdiyyəsinin və kommunal xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə şəhərin bir sıra ünvanlarında olaraq aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, sakinlərlə görüşərək onları narahat edən məsələləri yerində dinləyib.

“Qafqazinfo”nun məlumatına görə, icra başçısı şəhərin 1 May küçəsində şəhidlər: Kərimov Vüqar Yadigar oğlunun və Quliyev İmran Nəriman oğlunun xatirəsinə layihələndirilən abidə kompleksinin tikintisi işlərinin gedişinə onların valideynlərinin iştirakı ilə birlikdə baxıb, şəhərin Energetik 9 və l-nt İbrahimov 10 saylı binaların qarşısında İDEA İctimai Birliyinin “Bizim həyət” xüsusi layihəsinə uyğun olaraq salınacaq yeni, müasir abad məhəllənin salınacağı 1,5 ha sahə ilə yerində tanış olaraq öz tövsiyyə və tapşırıqlarını verib. Abad məhəllədə “İDEA” İctimai Birliyi tərəfindən idman və uşaq əyləncə qurğuları, yelləncəklər, kölgənəcəklər və söhbətgahlar quraşdırılması nəzərdə tutulub. 

Sonra şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə aparılan abadlıq işləri ilə tanış olub, məhəllə sakinləri ilə söhbət edərək onların təşəbbüsünü bəyəndiyini, bu təşəbbüsün digər məhəllələr üçün də stimul olacağını qeyd etmiş və aparılan işlərlə bağlı şəhər İcra Hakimiyəti tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.

Daha sonra isə İlqar Abbasov Dövlət Proqramına uyğun olaraq şəhərin l-nt İbrahimov 12 və 14,  T.ismayılov 7 və 11, həmçinin N.Nərimanov 13 ünvanlarında  yaşayış binalarının zirzəmilərinin çirkab sularından təmizlənməsi, S.Zeynalov və l-nt İbrahimov küçələrində isə mərkəzi və məhələdaxili kanalizasiya xətlərinin çəkilişi işləri ilə də tanış olub.

İ. Abbasov eyni zamanda qeyd ounan ünvanlarda yaşayan şəhər sakinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləyib, görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi bütün imkanlardan istifadə ediləcək.

İlqar Abbasov sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün müvafiq tədbirlərin görüləcəyini bildirib, bir daha sakinləri özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmağa, qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsinə riayət etməyə dəvət edib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi