İlon Maskın “Starship”i 3-cü dəfə də partladı - Video

İlon Maskın “Starship”i 3-cü dəfə də partladı
Oxunma sayı: 3896

Dünyanın ən varlı adamı İlon Maska məxsus “SpaceX” şirkəti Marsdakı missiyalar üçün nəzərdə tutulmuş “Starship” kosmik gəmisinin prototipini şaquli vəziyyətdə yerə endirməyi bacarıb, lakin bir neçə dəqiqə sonra o partlayıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

“Starship SN10” adlanan prototip Boka-Çikada (Texas ştatı) ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:15-də hərəkətə başlayıb. Gəmi bir neçə dəqiqə ərzində 10 km yüksəkliyə qalxıb, daha sonra Boka-Çika kosmodromunun yanına eniş edib. Gəmidə baş verən yanğından sonra partlayış olub.

Qeyd edək ki, daha əvvəlki iki anaoloji sınaqlar zamanı da prototiplər meydançaya eniş etdikdə partlamışdı.