İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı - Video

İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı
Oxunma sayı: 9343

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün videogörüntüləri feysbukda “Özbekistanhaber” hesabında paylaşılıb.

Məlumata görə, əsgər yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.

Qeyd edək ki, bu gün Azər Qasımov üçün daha bir əlamətdar gündür. Belə ki, iyunun 22-si Azərbaycan Prezidentinin ​sözçüsünün 56 yaşı tamam olur.

Xəbəri rus dilində oxuyun: Пресс-секретарь Ильхама Алиева встретил своего сослуживца спустя 35 лет - Видео