İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

İlham Əliyev Lukaşenko ilə telefonla danışdı
Oxunma sayı: 1264

Bu gün Prezident İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin, gələcək təmaslar müzakirə edilib.