İlham Əliyev 4 yeni səfirin etimadnaməsini qəbul etdi - Fotolar + Yenilənib

İlham Əliyev 4 yeni səfirin etimadnaməsini qəbul etdi
Oxunma sayı: 1213

Prezident İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev, həmçinin İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev avqustun 16-da Argentinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev avqustun 16-da Almaniyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.