“İfama qulaq asıb universitetə daxil olurlar” - Sevda

“İfama qulaq asıb universitetə daxil olurlar”
Oxunma sayı: 3072

“Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır. Örnək olmaq başqa, məktəb olmaq başqadır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Özəl” proqramında deyib. Müğənni bir çoxlarının onun ifasından öyrənib ali məktəbə daxil olduğunu bildirib:

“Mən məktəb oldum. Gələcəkdə də məktəb olacağam. Ali məktəblərə mənim oxuduğum mahnıları öyrənir, universitetə daxil olurlar. Virtual müəlliməyəm. Londonda, İranda, Praqa, Türkiyədən bunu mənə yazırlar. hamısı da ali məktəbə daxil olur. Məni dinləyib, öyrənib, mənim kimi ifa edirlər. Ola bilsin başlanğıcda bunu edirlər, amma sonradan özlərini tapmalıdırlar”.

Ələkbərzadə, həmçinin uşaqlığından, anasına bağlılığından danışıb:

“Anama çox bağlı olmuşam, onsuz bir gün də qalmırdım. Bir dəfə məni nənəmgildə qoydu, səhərə kimi onun paltarını qucaqlayıb ağlayırdım. Məktəbdə oxuyanda oğlanlar məndən qorxurdu, onları döyürdüm. Buna görə də valideynlərimi tez-tez məktəbə çağırırdılar”.