İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq

İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq
Oxunma sayı: 712

“Azərbaycana səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini adibələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Gəncədə keçirilən brifinqdə deyib.

O, Ombudsman Səbinə Əliyeva, Milli Məclis, Minatəmizlənməsi Agentliyi və digər dövlət qurumlarında da görüşlərin keçirildiyini və faktaraşdırıcı missiyanın məqsədləri barədə fikir mübadiləsi aparıldığını bildirib.

Sədr qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin, Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaq.