İcarəyə götürdüyü maşını aşırdı - Özü öldü, qardaşı yaralandı

icareye-goturduyu-masini-asirdi
Oxunma sayı: 2636

Bakıda avtomobil aşıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail rayon ərazisində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu "Rent-a-car"dan icarə götürdüyü "Hyundai Sonata" markalı, 99-LX-111 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.

Nəticədə Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Həmçinin oxuyun: ЗАО “AzerGold” провело в Дашкесане очередную акцию для детей “Книжка в подарок”