Hollivud aktrisası içkili halda qəza törətdi, xəstəxanalıq oldu - Fotolar

Hollivud aktrisası içkili halda qəza törətdi, xəstəxanalıq oldu
Oxunma sayı: 2700

Hollivud aktrisası Enn Heç Los-Ancelesdə yanğınla nəticələnən qəza törədib, özü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, 53 yaşlı aktrisa idarə etdiyi “MINI Cooper” markalı avtomobili ilə çoxmənzilli evin qarajına çırpılıb. Sakinlər onun şəkillərini çəkməyi çatdırıb. İlkin ehtimala görə, aktrisanın avtomobilində araq olub.

Bundan sonra Heç hadisə yerindən uzaqlaşıb və bir neçə kilometr aralıda başqa bir yaşayış evinə çırpılıb. Avtomobil və bina yanıb.

Qəza yerinə gələn yanğınsöndürənlər aktrisanı maşından çıxarıb. Hazırda Heç xəstəxanadadır. İlkin ehtimala görə, o, içkili olub.