Hollandiya 12 Aİ ölkəsi ilə sərhədləri açır

Hollandiya 12 Aİ ölkəsi ilə sərhədləri açır
Oxunma sayı: 1407

Hollandiya COVID-19 epidemiyasının ən az yayıldığı 12 Avropa İttifaqı ölkəsindən turistlərin girişinə icazə verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hollandiya hökumətinin internet saytında açıqlama verilib. Bildirilib ki, iyunun 15-dən etibarən Belçika, Bolqarıstan, Almaniya, Estoniya, İtaliya, Xorvatiya, Latviya, Litva, Lüksemburq, Portuqaliya, Sloveniya və Çexiyadan olan turistlərin ölkəyə girişinə icazə veriləcək.

“Sağlamlıq təhlükəsinin Hollandiya ilə müqayisədə oxşar olduğu və ya daha az olduğu ölkələrdən gələn turistlər bu yay ölkəyə girə bilərlər. Əlbətdə, Hollandiyada koronavirusun yayılmasının qarşısını almaq üçün onlar bütün qaydalara əməl etməlidirlər”,- deyə açıqlamada qeyd olunub.

Həmçinin Hollandiya daxilində istirahət məkanlarına dair heç bir ərazi məhdudiyyətinin qoyulmayacağı açıqlanıb. Restoran, kafe, açıq istirahət zonaları, attraksionlar və muzeylərin turistlər üçün açıq olacağı bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi