Hitlerin evində polis şöbəsi açılır

hitlerin-evinde-polis-sobesi-acilir
Oxunma sayı: 2705

Faşist diktatoru Adolf Hitlerin böyüdüyü evdə polis şöbəsi açılır.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, burada polis əməkdaşları üçün insan haqları üzrə seminarlar təşkil olunacaq.

Avstriya Daxili İşlər Nazirliyindən bildirilib ki, əvvəlcə bu evin sökülməsinə qərar verilsə də, sonradan imtina olunub. Çünki bina 17-ci əsrin memarlıq abidəsi hesab olunur. Bina 1993-cü ildən qanunla qorunur.