Hindistanda günlük yoluxma sayında dünya rekordu

Hindistanda günlük yoluxma sayında dünya rekordu
Oxunma sayı: 1749

Ötən gün ərzində Hindistanda 314 835 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında dünya üzrə rekord göstərici qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində xəstəlik səbəbindən 2 104 insan ölüb.

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 15 milyon 924 min 806 koronavirusa yoluxma faktı qeydə alınıb.

13 milyon 454 min 880 insan xəstəlikdən sağalıb, 184 min 657 insan həyatını itirib.