Hindistanın paytaxtı Yeni Dehlinin qərbində, Mundka metrostansiyası yaxınlığındakı binada yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 27 nəfər həlak olub.
Dehli Yanğınsöndürmə İdarəsinin rəisi Atul Qarq binanın birinci və ikinci mərtəbələrindən 20 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
O, yanğının miqyası səbəbindən ölənlərin sayının arta biləcəyini qeyd edib.
Yanğının səbəbi hələlik məlum deyil.