Hindistanda COVID-19 xəstələri yanaraq öldü

Hindistanda COVID-19 xəstələri yanaraq öldü
Oxunma sayı: 1179

Hindistanın Maxaraştra ştatında yerləşən xəstəxanada baş vermiş yanğın nəticəsində azı 13 reanimasiyada olan pasiyent həlak olub.

Bu barədə “Qafqazinfo” “ANI” informasiya agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, yanğın koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanada baş verib. Digər pasiyentlər yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlərə iki saat vaxt lazım olub. Baş vermiş hadisənin səbəbləri müəyyənləşdirilir.

Xatırladaq ki, aprelin 21-də ştatın digər xəstəxanasında oksigen sızması baş vermiş, nəticədə süni ağciyər ventilyasiya aparatına qoşulmuş 22 pasiyent həyatını itirmişdi.