Himn oxumayan İran millisinin futbolçuları cəzalandırıla bilər

Himn oxumayan İran millisinin futbolçuları cəzalandırıla bilər
Oxunma sayı: 1436

Dünya çempionatının qrup mərhələsində İngiltərə ilə oyundan öncə himn oxumayan İran millisinin futbolçuları cəzalandırıla bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 

Bildirilir ki, hazırda İranda bu müzakirə olunur. Nəşr yazır ki, futbolçular ölkələrinə qayıtdıqdan sonra cəzalandırılacaqlar. 

Qeyd edək ki, futbolçular küçə etirazlarını qəddarlıqla yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtina ediblər. Oyun İngiltərə yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.