“Heyətlərində təhlükəli oyunçular var, adlarını çəkmək istəmirəm”

“Heyətlərində təhlükəli oyunçular var, adlarını çəkmək istəmirəm”
Oxunma sayı: 1563

“Pandemiya ilə əlaqədar final mərhələsinin təşkilat komitəsi necə əziyyət çəkir, problemlərlə üzləşir, yarışa hazırlaşan komandalar də o cür çətinliklərlə qarşılaşır. Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyunöncəsi məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızn PCR testin nəticəsi neqativ olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov Avropa çempionatında Gürcüstan yığmasına qarşı keçirəcəkləri D qrupunun I tur matçından öncə mətbuat konfransında deyib.

“Belə bir deyim formalaşıb: “Hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq.

Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm”, - futbolçu qeyd edib.