Həyat yoldaşı Sevda üçün toyda mahnı oxudu - Video

Həyat yoldaşı Sevda üçün toyda mahnı oxudu
Oxunma sayı: 3883

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Sevda Yəhyayevanın toyu olub. O, həkim Zakir Bayramovla ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, toyda diqqət çəkən məqamlardan biri həyat yoldaşının Sevda üçün səhnədə mahnı oxuması olub. O, müğənni Zamiq Hüseynovla bərabər Yəhyayeva üçün “Mən səni sevirəm” mahnısını ifa edib. Bir qədər sonra Sevda da onlara qoşulub və həyat yoldaşına sevgi etirafı edib.

Qeyd edək ki, “Mən səni sevirəm” mahnısı mərhum reper Anar Nağılbaz və Xalq artisti Brilliant Dadaşovanın repertuarından olan hitdir. Zamiq Hüseynov trekə yeni nəfəs verib.