Almaniya Bundesliqasında pley-off mərhələsinin cavab qarşılaşması keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bundesliqada 16-cı pillənı tutan “Herta” ikinci Bundesliqada üçüncüsü “Hamburq”la qarşılaşıb.
Öz meydanında 0:1 hesabıyla uduzan “Herta” səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb və Bundesliqadakı yerini qoruyub. “Hamburq” isə qarşıdakı mövsümdə də ikinci Bundesliqada mübarizə aparacaq.