Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı məlumat yaydı

Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı məlumat yaydı
Oxunma sayı: 3082

"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 02 iyul 2022-ci il tarixdə Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında  əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürüüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun yaydığı məlumatda bildirilir.

Bildirilib ki, fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir.