Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başladılar - Fotolar

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başladılar
Oxunma sayı: 693

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.