“Hər şey bir həftədən sonra bəlli olacaq” - “Lex”in baş məşqçisi

“Hər şey bir həftədən sonra bəlli olacaq”
Oxunma sayı: 2044

“Oyun ərzində çox həyəcanlı idim. Düşünürəm ki, həm oyun, həm də tribunalarda bizi müşayiət edən ab-hava baxımından möhtəşəm şou idi. Əvvəl də demişdim ki, komandada oyunun ruhunu görmək olar və bu, meydanda öz təsdiqini tapdı. Futbolçular qələbəyə nə qədər önəm verdiklərini göstərdilər. Bu, hər kəsin qələbəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Polşa “Lex”inin baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

“Oyunumuz klubun DNT-sinə uyğun deyildi, amma avrokubok matçlarının öz qaydaları var.  İlk hissədə “Qarabağ” üstün oldu. Biz də əks-hücumlarda oynamağa, boşluq axtarmağa çalışdıq. Bu, bizə qol vurmağa imkan verdi və qoldan sonra daha yaxşı oynadıq. Daha çox şansımız oldu və mən şadam ki, rəsmi debütümdə qalib gəldik” - deyə o bildirib. 

Niderlandlı mütəxəssis müdafiədəki oyunları ilə fəxr etdiyini söyləyib: “Bütün komanda buna cəlb olundu. Ancaq Çempionlar Liqasında mübarizənin qaydası budur.

Güclü rəqiblə matçda debüt etdim. Bu ilk oyunda qalib gəlməyi çox istəyirdim, amma hələ heç nəyi qeyd etmirik. Hər şey bir həftədən sonra həll olunacaq”.