Finlandiyanın ədliyyə naziri Anna-Maja Henriksson iyunun 4-dən ölkənin ən uzun müddət işləyən ədliyyə naziri olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Finlandiya Ədliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Henrikssonun 1979-1987-ci illər arasında bu vəzifəni üzərinə götürən Xristoffer Taxelli keçərək, 4 iyun tarixindən etibarən 2898 gün ədliyyə naziri vəzifəsini icra edəcəyi qeyd edilib.
Nazir Henriksson ilk dəfə 2011-ci ilin iyununda Baş nazir Jyrki Katainen hökumətində ədliyyə naziri vəzifəsinə təyin edilib və 2014-cü ildə Alexander Stubb Baş nazir olduqdan sonra vəzifəsini davam etdirib.
Henriksson 2019-cu ildə Baş nazir Antti Rinne hökumətində yenidən ədliyyə naziri vəzifəsinə təyin edilib və istefası gözlənilən hazırkı Baş nazir Sanna Marinin kabinetində fəaliyyətini davam etdirir.