Həkimlər Saakaşvili ilə bağlı tövsiyələrini açıqladılar

Həkimlər Saakaşvili ilə bağlı tövsiyələrini açıqladılar
Oxunma sayı: 1907

Gürcüstan Səhiyyə Nazirliyinin həkimlər şurası həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin xəstəxanaya yerləşdirilməsini tövsiyə edib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə şuraya daxil olan həkim Zurab Paqava bildirib. Şura üzvləri Saakaşvilinin şəxsi həkimi ilə birlikdə ondan lazımi analizləri götürüblər. Saakaşvili artıq 19-cu gündür ki, aclıq edir və buna son vermək niyyətində deyil. 

“Biz xəstəxanaya yerləşdirilmə məsələsini qaldırdıq və hazırda bu məsələyə baxılır. Bu, təvili yerləşdirmə deyil, ancaq vəziyyətinin ağırlaşma ehtimalı yüksək olduğu üçün xəstəxanaya yerləşdirilməsini məsləhət gördük. Bu, bir neçə saat üçün nəzərdə tutulmasa da, yaxın zaman üçün etmək lazımdır”, - deyə Paqava açıqlamasında deyib.

Saakaşvilinin şəxsi həkiminin sözlərinə görə isə, sabiq prezidentin analiz cavablarını öyrəniblər və vəziyyəti əvvəlki kimidir, hər hansı pisləşmə yoxdur.