“Həkimlər bunun sıxıntısı içindədirlər”

hekimler-bunun-sixintisi-icindedirler
Oxunma sayı: 2751

“Attestasiya, sertifikatlaşdırma məsələlərində ciddi problemlər çıxır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında  deyib.

Deputat qeyd edib ki, müsahibə mərhələsinin şifahi şəkildə keçirilməsi hallarında özbaşınalıqlar olur: “Subyektiv amillər insanların işə götürülməsini əngəlləyir. Bəzən attestasiya keçirənlərin bilik səviyyəsi iş üçün müraciət edənlərin bilik səviyyəsindən aşağı olur”. 

“Əgər ölkədə icbari tibbi sığorta varsa, həkimlər üçün sertifkatlaşmanın tətbiq olunması mənasız bir şeyə çevrilir. Bu, həkimə güvənməməyə səbəb olur. Müəllimlər üçün tətbiq olunan 60 yaş həddini həkimlərə də tətbiq edək. Qoy onlar da 60 yaşdan sonra sertifikasiyadan azad olunsunlar. Sanki həkimlər bunun sıxıntısı içindədirlər. Həm müəllimlər, həm də həkimlər cəmiyyətimizin dəyərli peşə sahibləridir. Həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır”, - deyə Fazil Mustafa vurğulayıb.

Zaur Mirzə