“Heç kimə qulaq asmayın, mən də yanınızdayam!”

“Heç kimə qulaq asmayın, mən də yanınızdayam!”
Oxunma sayı: 3324

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına şiddət mövzusu haqda paylaşım edib. 

“Qafqazinfo”nun məlumatına görə, Dünyada Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü ilə bağlı paylaşılan postda Röya zorakılıq görən qadınlara müraciət edərək onları şiddət gördükləri zaman səssiz qalmamağa səsləyib: “Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar “Heç nə edə bilməzsən”, “Onsuz həmişə belə olacaq”, “Döz! Döz! Döz!” deyəcək. 

Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!”