Həbsdə olan generalın səhhəti pisləşdi

Həbsdə olan generalın səhhəti pisləşdi
Oxunma sayı: 8102

Bu ilin martında həbs edilən Müdafiə Nazirliyinin (MN) general-mayoru Nizami Məmmədovun səhhəti pisləşib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.

MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi olan N.Məmmədov dünən saxlanıldığı təcridxanadan Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Onun ürək-damar sistemində problemlər olduğu bildirilir.

Qeyd edək ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb. 50 yaşlı general doqquz aydır ki, həbsdədir. O, külli miqdarda mənimsəmədə təqsirləndirilir.