Hazırda Bakı Olimpiya Stadionu... - Video

hazirda-baki-olimpiya-stadionu
Oxunma sayı: 2755

Xəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda “Qarabağ” xeyriyyə matçında Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma öncəsi azarkeşlər “Qalatasaray” klubuna dəstək üçün müxtəlif mahnılar və himn səsləndiriblər.

Stadionda isə "Bir millət, iki dövlət!", "Türkiyə-Azərbaycan qardaşlığı əbədidir!" və s. yazılar qeyd olunub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” görüşündən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.