Hacı Əliyevdən möhtəşəm geridönüş - Video

Hacı Əliyevdən möhtəşəm geridönüş
Oxunma sayı: 4083

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşdə qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, üçqat Avropa və üçqat dünya çempionu olan idmançımız iranlı Murteza Hassan Alini məğlub edib. 

65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz görüşdə hesabda geridə olmasına baxmayaraq 8:4 hesabı ilə əzmkar qələbə qazanıb. Beləliklə, H. Əliyev yarımfinala vəsiqə əldə edib.