Gürcüstanda yeni Baş nazir və hökumət təsdiqləndi

Gürcüstanda yeni Baş nazir və hökumət təsdiqləndi
Oxunma sayı: 1098

Gürcüstan parlamenti 89 səslə İrakli Qaribaşvilinin rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiq edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Nazirlər Kabinetinin yeni tərkibi aşağıdakı kimidir:

Regional İnkişaf və İnfrastruktur naziri - İrakli Karseladze 

Ədliyyə naziri - Qoça Lortkipanidze 

Daxili işlər naziri - Vaxtanq Qomelauri 

İqtisadiyyat və Davamlı İnkişaf naziri - Natiya Turnava 

Müdafiə naziri -Cuanşer Burçuladze 

Xarici İşlər Naziri - David Zalkaliani

Maliyyə naziri - İvane Maçavariani 

Təhsil, Elm, Mədəniyyət Naziri - Mixail Çxenkeli

Məcburi köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri - Yekaterina Tikaradze 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri - Levan Davitaşvili

Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri -  Teya Axvlediani

Xatırladaq ki, Gürcüstanın Baş nazir postu Georgi Qaxariyanın istefasından sonra İrakli Qaribaşviliyə keçib. Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə Baş nazir olub.