Gürcüstanda pişik siyasi verilişin “qonağı” oldu - Video

Gürcüstanda pişik siyasi verilişin “qonağı” oldu
Oxunma sayı: 2013

Gürcüstanın “Kavkasiya” telekanalında yayımlanan siyasi veriliş zamanı maraqlı hadisə yaşanıb. Belə ki, efirə pişik daxil olub və fasilənin yaranması ilə nəticələnib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, “Kakuça” adlı pişik verilişin aparıcısı David Akubariya qonağı Qedevan Popxadze ilə söhbət apararkən masanın üzərinə tullanıb. 

Aparıcı və qonağın təbəssümünə səbəb olan pişik bir müddət efirdə qalıb. Bu hadisə “Əl-Cəzirə” də daxil olmaqla dünya mediasının marağına səbəb olub.