Gürcüstanda müxalifət partiyasının rəhbəri saxlanıldı

Gürcüstanda müxalifət partiyasının rəhbəri saxlanıldı
Oxunma sayı: 482

Gürcüstanın müxalifət partiyası “Vahid milli hərəkat”ın lideri Nika Meliya xüsusi təyinatlı polis dəstəsinin onun Tbilisidəki ofisində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat verib. Polis ofisə basqın zamanı gözyaşardıcı qazdan istifadə edib.

“Ofisin yaxınlığına çox sayda təcili yardım və patrul polisi briqadası cəlb olunub. Xüsusi təyinatlılar Meliyanın olduğu otağa girərək onu həbs etdilər”,- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Nika Meliya keçmiş Prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının sədridir. O, 2019-cu ilin yayında rusiyalı deputatın Gürcüstana səfərindən sonra başlayan anti-Rusiya aksiyaları zamanı parlamentə basqın təşkil etməkdə ittiham edilir.