Gürcüstanda məhbuslar aclıq aksiyası keçirir

Gürcüstanda məhbuslar aclıq aksiyası keçirir
Oxunma sayı: 937

Qardabani rayonunun Mtisdziri kəndindəki 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 75 məhbus aclıq aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi Penitensiar Xidmətinin yaydığı açıqlamada deyilir.

“Aclıq aksiyası keçirən məhkumlara gündəlik olaraq tibb işçiləri xüsusi nəzarət edir”, - məlumatda qeyd edilib.

Bildirilib ki, aclıq aksiyasına səbəb həbsxanadakı şərait və kifayət qədər tibbi xidmətin göstərilməməsidir. Xidmətin məlumatına görə, bu, doğru deyil.