Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Oxunma sayı: 1934

Gürcüstanda son sutka ərzində daha 25 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 250-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 1 010 nəfər sağalıb. Ölkədə 223 aktiv koronavirus xəstəsi var.